Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən xəbər verilib. Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət […]
Sabiq deputat Türkiyədə vəfat etdi
Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. O, ötən gün İstanbulda dünyasını dəyişib. Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.(“Qafqazinfo”)
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı bu gün müəyyənləşəcək. I Liqanın sonuncu – XXVII turunda “Mingəçevir” “Səbail”i qəbul edəcək. Qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında, saat 17:00-da start götürəcək. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. “Səbail” hazırda 50 xalla ikinci […]
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 111,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
Bu gün Bakıda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib. Samir Şərifov qeyd edib ki, xüsusilə, 2024-cü […]
Lukaşenko Zelenksi ilə görüşməyə hazır olduğunu bildirib
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenksi ilə görüşməyə hazır olduğunu bildirib. Belarus mediası yazır ki, Lukaşenko Zelenski ilə Ukrayna və ya Belarusun istənilən yerində görüşməyə hazır olduğunu deyib. Lukaşenko onu da əlavə edib ki, görüşdə ikitərəfli münasibətlərə aid məsələlər müzakirə oluna bilər.
Onlara mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
“Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərar verilib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən: – dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) […]
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, 27-28 mayda qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, AQTA Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət […]
FEMSA: Şəhərlər uşaqların ehtiyacları nəzərə alınmaqla layihələndirilməlidir
Şəhər planlaşdırılması uşaqların maraq və ehtiyacları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu barədə Meksikanın ən böyük holdinq şirkəti (Latın Amerikasının aparıcı pərakəndə satıcısı) olan FEMSA-nın məktəbəqədər təhsil şöbəsinin rəhbəri Sindi Qonsales Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İctimai məkanlar erkən uşaqlıqdan” panel sessiyasında bildirib. O vurğulayıb ki, uşağın […]