Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Mikayıl Müşfiq küçəsi, “Badamdar” […]
Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Səma bu gün sanki dərin bir nəfəsdən sonra yüngülləşir – ağır hisslərin dalğası çəkilir, yerini daha aydın, daha təmiz bir duyğuya verir. 4 may 2026-cı il daxili transformasiyadan sonra gələn sakit anlayış günüdür. Bu […]
Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə […]
Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub
Kino Sənətləri və Elmləri Akademiyası aktyorluq və ssenaristlik nominasiyaları üzrə Oskar mükafatlarının yalnız insanlar tərəfindən görülən işlərə veriləcəyini açıqlayıb. Bu barədə BBC məlumat yayıb. Məlumatda qeyd edilib ki, akademiyanın yaydığı yenilənmiş qaydalara əsasən, aktyorluq yalnız insan ifası olduqda, ssenari isə yalnız insan tərəfindən yazıldıqda mükafata namizəd ola bilər. Qərar son […]
İranda 2 nəfər dar ağacından asıldı
İran hakimiyyəti İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda ittiham olunan iki şəxsi edam edib.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda günahlandırılan Yaqub Kərimpur və Nasir Bəkrzadə adlı şəxslər qanunla müəyyən edilmiş prosedura uyğun olaraq, ölkənin ali məhkəməsi tərəfindən hökmün təsdiqindən sonra dar ağacından asılıblar. Kərimpurun […]
Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb
Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb. O qeyd edib ki, zərbələr xüsusilə Nikolayev vilayətinin enerji infrastrukturuna, eləcə də Dnepropetrovsk, Odessa, Sumı, Xerson və […]
62 ölkədən olan diplomatlar “Laçın Aqro-Sənaye Parkı”nda olublar
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün “Laçın Aqro-Sənaye Parkı”nda olublar. Onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb. Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir. Bu, xarici diplomatik […]
AZAL Təl-Əvivə uçuşları bərpa edir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.Bu barədə “Azərbaycan Hava Yolları”məlumat yayıb. Bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb
Daxili İşlər Nazirliyi (DİN) həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlığına əsasən, paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Qeyd edilib ki, hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır və bu da […]
MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır
Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının (Komissiya) ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, son günlər Azərbaycanı, eləcə […]