Rusiya qoşunları Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kiyev regionundakı Eko-Avtotexniks logistika mərkəzinə zərbə endirilib. Bundan əlavə, Rusiya MN Yujnıy limanında bir yük daşıyan gəminin məhv edildiyini açıqlaylb. Nazirliyin məlumatına görə, Çornomorsk limanında bir yük daşıyan gəmiyə, […]
Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər edəcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə sentyabrın 6-da baş tutacaq səfərin məqsədi milli-mənəvi […]
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib. Bu barədə İlham Əliyevin “X” sosial media hesabında paylaşım edilib. “İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram. Bu tarixi […]
Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir
Misli Premyer Liqasında IV tura bu gün start veriləcək. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. Əvvəlcə “Qəbələ” evdə “İmişli” ilə üz-üzə gələcək. Qonaqlar 4 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 10-cu pillədə qərarlaşan meydan sahibləri 1 xala malikdir. Günün son matçında “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Gəncə […]
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:
Qusarda təcili yardım maşını qəzaya düşdü – Foto
Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. Hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardım avtomobilinə ziyan dəyib.
Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimli BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, görüşdə Adil Kərimli Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib. Şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, […]
Qlobal arenada Yeliseyin azalan nüfuzu – Silah bazarında zəifləyən Fransa – ŞƏRH
Fransanın silah ixracının həcmi ötən illərlə müqayisədə azalıb. Parlamentə təqdim olunan illik hökumət hesabatının məlumatlarına görə, 2025-ci ildə Paris 21,2 milyard avro məbləğində xarici silah müqavilələri bağlayıb. Bu da 2024-cü ildəki 21,6 milyard avrodan bir qədər azdır. Göstərici cüzi azalma kimi dəyələrdirilsə də, son dörd ildə Fransanın silah ixracında geriləmə […]
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr 18:00-dən davam aparılacaq. Bu barədə DİM-dən məlumat verilib. Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Şagirdlərin yerdəyişməsi dayandırılır
20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər […]