ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki obyektlərinə zərbələr endiriləcək. Bu barədə İran mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. SEPAH-ın bəyanatında həmçinin “İranın rəqiblərinə” dəstək verən region ölkələrini xəbərdar edib ki, öz siyasətlərini dəyişməsələr, Tehranın sərt cavabı ilə üzləşəcəklər. Bundan əlavə, SEPAH-dan bildirilib ki, ötən gecə iki neft […]
Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 %-dən çoxu dolub: “Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə […]
Prezident Mərakeş Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş […]
Əhməd Davudoğlu siyasətdən getdi
Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. O bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Ə.Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib. Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin […]
Qobu-Lökbatan yolunda ağır qəza – İki futbolçu öldü
Ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib.Minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, “Ford”un sürücüsü isə yaralanıb. Qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.
CHP-li bələdiyyə sədri saxlanıldı
Türkiyənin Ankara şəhərinin Etimesqut rayonunda korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb. Əməliyyat korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib. Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Erdal Beşikçioğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, Erdal Beşikçioğlu 2024-cü […]
Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin təkrar görüşləri keçirilir. Təmsilçimiz “Qarabağ” səfərdə Bolqarıstanın “ÇSKA Sofiya” (Bolqarıstan) komandası ilə qarşılaşacaq. Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb. Xatırladaq ki, bu cütün […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. 1-ci Göl kənarı yolu, Ziya […]
Magistratura imtahanının nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə […]
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb. Antalya, Muğla və Balıkesir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir. Muğlanın Seydikemer rayonunda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, […]