Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov etimadnaməsini bu ölkənin İmperatoru Naruhitoya təqdim edib. Diplomat bu barədə “X” sosial şəbəkəsində xəbər verib. “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mənə həvalə etdiyi mühüm missiyanı yerinə yetirərək, Azərbaycan Respublikasının Yaponiyadakı səfiri kimi etimadnaməmi əlahəzrət İmperatora təqdim etdim”, – F.Talıbov yazıb.

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 […]

CENTCOM: Hörmüz boğazında “F-35” qırıcısı patrul xidməti həyata keçirir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ərazisində “F-35 Lightning II” qırıcı təyyarəsinin patrul xidməti həyata keçirdiyini bəyan edib. Bu barədə məlumat CENTCOM-un “X” sosial şəbəkə hesabında yayılıb. “ABŞ Hərbi Hava Qüvvələrinin “Lockheed Martin F-35 Lightning II” qırıcısı Hörmüz boğazı yaxınlığında regional sular üzərində patrul xidməti həyata keçirir. “F-35A” […]

Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

Qazaxıstan və Türkiyə investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır. Sənəd layihəsi 2026-cı il mayın 29-dək ictimai müzakirəyə çıxarılıb. Saziş layihəsi iki ölkənin investorları üçün sabit və proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlib. Bundan başqa, saziş investisiyaların tam qorunması və təhlükəsizliyi, investorların gəlirlərinin sərbəst köçürülməsi və digər müddəaları nəzərdə […]

Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib. Ölkə Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək. Danışıqlar zamanı liderlər Qazaxıstan-Türkiyə münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirəcəklər.

Bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində mayın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı […]

Sabah 31° isti olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti […]

Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 8 nəfər həlak olub, 16 nəfər yaralanıb. Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu sutka ərzində regionun üç rayonuna təxminən 30 dəfə zərbə endirib – 8 nəfər həlak […]

Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 3 itkin-şəhidi dəfn ediləcək. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Rafiq Şirvan oğlu Cəfərov, Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov […]