Yenidən prokuror təyin olundular

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib. Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək Rayon Prokurorluğunda müstəntiq, Naxçıvan MR İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan MR prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib. Baş prokurorun digər […]

Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək […]

Prezident: Məhkəmə-Hüquq Şurası cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır

Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə […]

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Ədliyyə Nazirliyinin göstərdiyi xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib. Bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə – həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır. “Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google […]

Elm və təhsil naziri Çinin nümayəndə heyəti ilə görüşüb

[center][img]https://azadmedia.az/uploads/posts/2025-06/1750245415_68529788a9dbd68529788a9dbe175024320868529788a9dbb68529788a9dbc.jpg[/img][/center]İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə […]

Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub

Cənubi Koreyada təşkil edilən Beynəlxalq İncəsənət Mübadiləsi sərgisində gənc azərbaycanlı rəssamların rəsmləri təqdim olunub. Bu barədə Azərbaycanın Seuldakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Pyonqtek şəhərində keçirilən sərginin mövzusu “Sülh və sakitlik” olub. Tədbir Azərbaycan səfirliyi tərəfindən yerli Beynəlxalq Mübadilə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası turnirin I təsnifat mərhələsində baş tutacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) matçının qalibi ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Qeyd edək ki, Ağdam təmsilçisi ilk matçını səfərdə […]

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Agentliyə təqdim edilməlidir. Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir. Müsabiqəyə təqdim edilən […]

İsrail HHQ İranın ballistik raket mövqelərini və nüvə obyektlərini hədəfə alıb

İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə hücumları əsasən İranın ballistik raket mövqelərinə fokuslanıb. Əlavə olaraq nüvə sentrifuqalarının istehsal müəssisələri də hədəfə alınıb. Bildirilib ki, İsrailin 50 qırıcısı ümumilikdə 20 hədəfi vurub. Hədəflər arasında ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan obyektlər də var.