Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,61 % artaraq 100,09 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 98,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində C. Bayramovun 10 iyun tarixində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; […]
Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər
İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun “X” sosial şəbəkə hesablarlında məlumat […]
Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb
Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdəki münaqişənin tərəflərini təmkinli olmağa və gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb. Baş nazir bunu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Pakistan hökumətinin başçısının sözlərinə görə, dövlətlər arasındakı münaqişələrin həllinə diplomatik yanaşma silahlı qarşıdurmadan fərqli olaraq böyük perspektivlər vəd edir və nəticəyə nail olma […]
Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb
Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 8-də Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib. Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali […]
Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın […]
Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir
Azərbaycan və Ermənistanın sülh prosesində nümayiş etdirdiyi iradə bölgə üçün önəmli hesab edilir. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib. Onun sözlərinə görə, iki ölkə arasında sülh prosesini Türkiyə dəstəkləyir. Nazir əlavə edib ki, Cənubi Qafqazda sülh gücləndikcə […]
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq. Bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Layihə parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məlumat verilib ki, qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, […]
İran Tehrana növbəti hücum barədə məlumat yayıb
İran Tehrana növbəti hücum barədə məlumat verib, paytaxt səmasında hazırda hava hücumundan müdafiə (HHM) vasitələri fəaliyyət göstərir. Bu barədə “Mehr” informasiya agentliyi xəbər verir. “Şəhərdə partlayış səsləri eşidilir, HHM sistemləri işə düşüb”, – agentliyin məlumatında bildirilib. Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri Hayfadakı (İsrail) sənaye obyektlərinə […]