Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun […]
Ukrayna Rusiyadakı “Lukoyl-Nijeqorodnefteorqsintez” NEZ-ə zərbə endirib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Nijeqorod vilayətindəki “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna (NEZ) zərbə endirildiyini bəyan edib. Bu barədə Baş Qərargahın teleqram kanalındakı məlumatda bildirilib.
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Qonaq ortaq […]
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86 % təşkil edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq […]
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Təbrikdə deyilir:“Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram. Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə […]
“Brent”in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
“Brent” markalı neftin qiyməti 27 fevral 2026-cı ildən bəri ilk dəfə olaraq bir barel üçün 71 dollardan aşağı düşüb. Bu barədə Londonun ICE birjasının hərrac məlumatlarında deyilir. Bakı vaxtı ilə saat 04:04-ə olan vəziyyətə görə, “Brent” nefti üzrə sentyabr fyuçerslərinin qiyməti 0,94% azalaraq bir barel üçün 70,90 dollar təşkil edib. […]
İstiqlalın polad dayağı olan Azərbaycan polisi – 108 yaşında
Ərəfəsində olduğumuz dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü həm də keçilən dövlətçilik yolunun hesabatını, təhlilini zəruri edir. Yəqin ki, bu kontekstdə böyük müzakirələrə, araşdırmalara lüzum da yoxdur. Əsas nəticə məlumdur: Tarixin ən qüdrətli Azərbaycanının yaradılması və Azərbaycanın ərazi bütövlüyünün təmini. Xalqımızın əsrlər boyu əsas amalı, hədəfi olan bu prioritetlər məhz son […]
Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib. Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə […]
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək. Atlanta stadionunda İngiltərə yığması Konqo DR millisi ilə üz-üzə gələcək. Həmçinin Belçika Seneqalla, ABŞ isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. DÇ-2026 1/16 final 1 iyul 20:00. İngiltərə – Konqo DR Baş hakim: […]
Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb. Bu barədə Baş Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dövlətlər arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi […]