Belarus Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb. Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı – Belarus Respublikası Prezidentinin göstərişi üzrə sınaq məqsədi ilə Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bir sıra bölmələr tərəfindən […]
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer […]
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.
Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub
Polis diqqət çəkməmək üçün narkotikləri evakuatorla daşımağa cəhd göstərən şəxsləri Masallı rayonunda ifşa edib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər – 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla […]
Azərbaycan neftinin qiyməti 66 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,89 ABŞ dolları, yaxud 4,17 % azalaraq 66,36 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 64,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı […]
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutacaq
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma baş tutacaq.E qrupunda yer alan Türkiyə səfərdə Bolqarıstanla qarşılaşacaq. Eyni qrupda İspaniya doğma meydanda Gürcüstanı qəbul edəcək. DÇ-2026 Seçmə mərhələ 11 oktyabr E qrupu 22:45 Bolqarıstan – Türkiyə 22:45 İspaniya – Gürcüstan F qrupu 20:00 Macarıstan – Ermənistan 22:45 […]
“The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
“The New York Times“ın (NYT) jurnalistləri ABŞ Hərbi Nazirliyi ilə yeni medianın akkreditasiyası qaydalarına dair müqavilə imzalamayacaq. Bu barədə qəzetin Vaşinqton bürosunun rəhbəri Riçard Stivenson məlumat verib. Məlumata görə, imtina ABŞ Konstitusiyasının söz azadlığına Birinci Düzəlişində müəyyən edildiyi kimi, adi xəbərlər toplayan jurnalistləri cəzalandırmaq təhlükəsi (Pentaqonun yeni mətbuat siyasəti) ilə […]
Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur
Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir. Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib. O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi. “Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin […]
Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq
Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb. Bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. “Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”, – o əlavə edib. Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq […]
Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib
Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin qərarı ilə razı olmadığını söyləyib. Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Putin bildirib ki, Nobel Sülh Mükafatı ilə bağlı Komitənin qərarı mükafatın etibarına böyük ziyan vurub. “Nobel Komitəsi dəfələrlə sülh üçün heç bir iş görməyənlərə Sülh Mükafatı verib”, – Rusiya […]