Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması […]
Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq
Bakıda və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək. Bu barədə “Azərişıq”ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələri, Hüseyn Cavid prospektinin bir […]
Ərdoğan CHP-ni sərt tənqid edib
Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya nöqsan qarışdığını iddia edən də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə aparıb haqqını axtaran da CHP üzvləridir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb. “Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr […]
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib. Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində […]
Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Rusiya prezidenti Vladimir Putin miqrantların Rusiya Federasiyası ərazisinə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçməsini tələb edən qanun imzalayıb. Putin həmçinin tibbi müayinədən keçməyən miqrantlar üçün cərimələrin artırılması ilə bağlı qanunu təsdiqləyib. Eyni zamanda, İnsan İmmunçatışmazlığı Virusu (HİV) da daxil olmaqla, təhlükəli xəstəliklərin olmaması barədə saxta arayışlara görə […]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək.
Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq
Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrində qaz olmayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır. Belə ki, iyunun 11-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Azadlıq prospekti, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, […]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub
Pakistanda ordu aviasiyasının “Mi-17” helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub. Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb. “Göyərtədəki […]
Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər
Türkiyə Ankarada keçiriləcək NATO sammitinin alyans tarixində əlamətdar hadisə olacağına ümid edir. Bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq: “Donald Trampın sammitdə şəxsən iştirakı Alyansın həmrəyliyi baxımından mühüm […]
Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var
Omandan şimal-şərqdə yerləşən tankerdə bir heyət üzvünün ölümü ilə nəticələnən yanğın baş verib. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) rəsmi saytında bildirilib. UKMTO-nun məlumatına görə, yanğın gəminin maşın şöbəsində baş verib. Bu barədə heyətin təxliyəsinə kömək etmək üçün hadisə yerinə gələn yerli hakimiyyət […]