Kiyev qaranlığa qərq olub

Ukrayna paytaxtı Kiyev şəhərində elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb və bu, tamamilə elektrik kəsilməsi ilə nəticələnib. Bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Uzun müddət davam edən elektrik kəsintiləri Kiyev ətrafındakı yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına səbəb olub. Qeyd edək ki, 13 yanvar gecəsi Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli […]

ABŞ federal hökumətinin büdcəsi dekabr ayında 145 milyard dollar kəsir göstərib

ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin dekabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb. 1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə bitən 2026 maliyyə ilinin üçüncü ayı olan dekabr ayında federal hökumətin büdcə kəsiri 145 milyard dollar olaraq hesablanıb. Federal hökumətin əvvəlki ilin eyni dövründə büdcə kəsiri 87 milyard […]

Günün qoroskopu: Xərclər çoxala bilər

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Bu səhər kainatın səssiz musiqisi bir qədər fərqli səslənir. Hava şəffaf, sükut dərin, zamanın axını isə sanki yavaşlayıb. Göylərin dili bu gün həm xəbərdarlıq, həm də təsəlli doludur. Günəş hələ də Oğlaqda – iradənin, […]

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə söyləyib. Buranın çox gözəl sənaye və turizm mərkəzi olacağını vurğulayan Prezident qeyd edib: “Bu səfalı yerlər göz oxşayır. Hər […]

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına Ağdərənin Baş planı barədə məlumat verdi. Bildirildi ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin […]

MN-in sabiq idarə rəisinin cəzası azaldılıb

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 6 ay azaldılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov […]

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Belə ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər […]

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək. Məlumata əsasən, həmin günlər ərzində şimal-qərb və […]

İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib. Bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, bununla da əmək bazarında şəffaflığın artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının […]