“Biz bununla razılaşmayacağıq” – Prezident

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir.

Bunu Prezident İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı deyib: “Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq.

Loading

Next Post

“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib”

[center][img]http://azadmedia.az/uploads/posts/2022-06/1655371494_neqliyyat-eksperti-ersad-huseynov-768×403.jpg[/img][/center]“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur”.Bu fikirləri öz feysbuk hesabında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yazıb.O xatırladıb ki, Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduqdan qısa müddət sonra […]