Çavuşoğlu ilə Bayramov Türkiyə millisinin matçını izləyiblər – VİDEO

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib.

Bu barədə M.Çavuşoğlu “Twiter” hesabında bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib.

“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət komandası) Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək”.

Qeyd edək ki, Türkiyənin qadın voleybolçulardan ibarət yığması Belçika millisini 3:1 hesabı ilə məğlub edib. Ceyhun Bayramov həmkarını Türkiyə yığmasının qələbəsi münasibətilə təbrik edib.

Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyədə səfərdədir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Loading

Next Post

Millətlər Liqası: Millimiz Belarusla qarşılaşacaq

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək. A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq. A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olacaq, Bu komandalar ilk turu məğlubiyyətlə başa vurublar. Onları yenən Avstriya və Danimarka bu dəfə bir-biriləri ilə üz-üzə […]