Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Rusiyada, Elbrus zirvəsində olan 25 nəfərlə əlaqə itib.

“Unikal”ın məlumatına görə, həmin şəxslər Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupuna daxildir.

Qeyd olunur ki, onlar Elbrusda qalmış dörd turisti təxliyə etmək üçün zirvəyə qalxıb. Lakin onların gəldiyi helikopter texniki nasazlıqla əlaqədar sıradan çıxıb.

Hazırda dağdakı şəxslərlə əlaqənin olmadığı deyilir. Hava şəraiti sabitləşəndən sonra onların ardınca daha bir qrup xilasedicinin göndərilməsi planlaşdırılır.

Loading

Next Post

Prezident Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət […]