Bakıda 2 nəfərdən silah-sursat götürülüb

Oxunma vaxtı:27 Saniyə
Dogrusoztv.Az

Bakıda 2 nəfərdən silah-sursat götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Teymurovdan “CZ-27” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.

Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində paytaxt sakini Y.Abdullayev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq Xətai RPİ-nin 34-cü PŞ-nə təhvil verilib.

Loading

Next Post

Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb

Ali Məhkəmə Beyləqan rayonunda sevgilisinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə qərarnı elan edib. “Report”un xəbərinə görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qadının kassasiya şikayəti təmin olunmayıb. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon […]