Prezident İlham Əliyevin tapşırığı ilə AZAL Ukraynadakı vətəndaşlarımızın daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.

Doğrusöztv.Az bildirir ki, AZAL-dan  verilən məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.

Loading

Next Post

Bakıda polis idarəsinin rəis müavini işdən çıxarıldı

Bakının Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Doğrusöztv.Az-ın məlumatına görə, Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun göstərişi ilə idarədə xidməti yoxlama aparılıb. Yoxlama zamanaı aşkarlanan pozuntulardan sonra daxili işlər nazirinin əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad […]