Bakının bu ərazisi suyun altında qala bilər – XƏBƏRDARLIQ – FOTO

Oxunma vaxtı:33 Saniyə

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Qaradağ rayonundakı ekoloji vəziyyətlə (Binə ticarət mərkəzinin yerləşdiyi ərazi) ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, ekspert sözügedən ərazidə qrunt sularının çoxalmasının təhlükəli vəziyyət yaratdığını deyib:

“Uzaqdan görünən Binə ticarət mərkəzidir. Ticarət mərkəzinin sağ və sol tərəfindən qrunt suları o dərəcədə artıb ki, ciddi tədbir görülməsə, bu gedişlə ərazi su altında qala bilər. Ərazi dəniz səviyyəsindən nisbətən aşağı olduğuna görə dəniz suyunun azalması bu tip yerlərdə qrunt sularının artmasına səbəb olur. Fonda görünən ərazi isə Xəzər dənizidir”.

Ekspert əlavə edib ki, qrunt sularının artmasının qarşısı vaxtında alınmasa, ərazidəki (fotonun sağ tərəfində görünən) kompleks binalarda da gələcəkdə ciddi problemlər yaşana bilər.

Loading

Next Post

“Sənədlərdə tələb eynidir: Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin” - Dövlət başçısı

“Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri var. Bu sənədlərin hamısında tələb eynidir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu, bizim suveren hüququmuzdur”. KONKRET.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın […]