Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Oxunma vaxtı:20 Saniyə

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Loading

Next Post

Vidadi Babanlı “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Vidadi Babanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilib.