Ağdam Sənaye Parkına investorların cəlbi üçün 4 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir – Sahib Ələkbərov (FOTO)

Oxunma vaxtı:49 Saniyə

İnnovativ iqtisadi inkişafı təmin etmək üçün geniş imkanları olan sahələrdən biri də Sənaye Parklarının yaradılmasıdır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

S.Ələbərov bildirib ki, əlverişli coğrafi mövqeyi, dayanıqlı inkişaf imkanları, gələcəkdə yük axınlarının istiqamətləri və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam Sənaye Parkı yaradılıb.

“Ağdam şəhərində 190 hektar ərazidə yerləşəcək Parkın birinci mərhələsini əhatə edən 76 hektar sahə artıq mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
Bir neçə gün əvvəl İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov mətbuata açıqlama verdi ki, Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza və yeməkxana yaradılıb, əraziyə asfalt yol, su xətti çəkilib, işıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Layihələndirmə işləri və potensial investorların cəlb olunması istiqamətində 4 müəssisə ilə aparılan danışıqlar başa çatmaq üzrədir”, – deyə S.Ələkbərov bildirib.

Ağdam Sənaye Parkına investorların cəlbi üçün 4 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir - Sahib Ələkbərov (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm - Mariana Vasileva

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm. Doğrusöztv.Az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva “Facebook” səhifəsində yazıb. […]