Şəhid xanımı yoldaşının ildönümündə qəzaya düşərək öldü – FOTO

Oxunma vaxtı:31 Saniyə

Bu gün Şəhid mayor Rəhim Hüseynovun ildönümündə iştirak etmək üçün Bakıdan Zərdab rayonuna gedən həyat yoldaşı Günel Hüseynova yol qəzası nəticəsində dünyasını dəyişib.
Şəhid xanımı yoldaşının ildönümündə qəzaya düşərək öldü - FOTOYenicag.az-ın əldə etdiyi məlumata görə, bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun mayoru Rəhim Qədir oğlu Hüseynovun ildönümüdür. O, 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhidin ildönümü mərasimi ilə əlaqədar övladı ilə Zərdab rayonuna gedən Günel Hüseynova ağır yol qəzası nəticəsində vəfat edib. İlkin məlumata görə, qəza nəticəsində sürücü də ölüb. Avtomobildə olan uşaq isə xəsarət alıb. Şəhidin ikinci oğlu olan uşaq hazırda xəstəxanadadır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edib.Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Çünki bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir […]