Milli Məclis Türkiyə ilə Azərbaycan arasında xüsusi təyinatlılarla bağlı sənədi təsdiq etdi

Oxunma vaxtı:26 Saniyə

Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi bu gün müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Memorandum Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə giriş-çıxışın tənzimlənməsi və digər məsələləri özündə əks etdirir.

Deputatlar çıxış edərək Memorandumumun iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan verəcək.

Müzakirələrdən sonra Memorandum səsverməyə çıxarılaraq təsdiq edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şəkidə şadlıq sarayında pandemiya tələbləri pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Şəki rayonu, Oxud kəndində fəaliyyət göstərən “Oxud” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Bu barədə Trend-ə AQTA-dan bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu […]