Hulusi Akar Türkiyə-İran sərhədinə gedib

Oxunma vaxtı:21 Saniyə

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-İran sərhədinə baş çəkib.”Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.Nazir Vanda helikopterlə sərhəd xəttindəki vəziyyətlə tanış olub. Daha sonra nəzarət-müşahidə məntəqələri ilə tanış olan nazir əsgərlərlə görüşüb. H.Akar hərbçilərə Türkiyə bayrağını təqdim edib.Görüşdə həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever iştirak edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

Avqustun 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]