Avropa Şurası Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksi üzərində işləyir

Oxunma vaxtı:32 Saniyə
Trend Logo Cut

 AZ 

Avropa Şurası Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksi üzərində işləyir

SİYASƏT12 İyun 2021 09:58 (UTC+04:00)

Avropa Şurası Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksi üzərində işləyir

Bakı. Trend:

Avropa Şurası hazırda Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksinin hazırlanması ilə bağlı danışıqlar aparır.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç deyib.

Onun sözlərinə görə, bu tədbirlərin uğurlu olması ölkələrin rəhbərliyindən asılıdır:

“Onlar başa düşür ki, Avropa Şurası öz üzv ölkələrinin müstəqilliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəkləyir. Bu cür etimad dayanıqlı sülhün təmin olunmasının əsasını təşkil edə bilər”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bu gün Bakı AVRO-2020-nin oyununu qəbul edir

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ilk qarşılaşma baş tutacaq. Doğrusöztv.Az -ın məlumatına görə, saat 17:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən İsveçrə və Uels milliləri üz-üzə gələcək. Qeyd edək ki, A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu bugünkü oyunla yanaşı, iyunun 16-da […]