Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağırıdıcıdır – Robert Sekuta

Oxunma vaxtı:27 Saniyə

Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağırıdıcıdır. Bu dağıntılar insanların həyatına qarşı təcavüzü göstərir.

Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.

R.Sekuta deyib: “Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi yaxşı haldır. Lakin bu ərazilərin bərpası xeyli zaman alacaq. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq, sülh şəraitində yaşamalarını arzulayırıq”.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Polşa da “Bayraktar” istəyir - Qarabağ uğuru Türkiyə silahına dünya boyu marağı artırıb

İkinci Qarabağ müharibəsində qardaş Türkiyə istehsallı pilotsuz uçuş aparatlarının uğuru bütün dünyada onu məşhurlaşmaqda davam edir. Türkiyə istehsallı Bayraktar TB2-ın Qarabağdakı müvəffəqqiyəti dünyanın müdafiə nazirliklərini ciddi şəkildə maraqlandırmağa başlayıb. Artıq Polşanın da Türkiyə istehsallı bu pilotsuz uçuş aparatları almaq üçün sifariş verdikləri bildirilir. Türkiyə mediasının yazdığına görə, Polşanın müdafiə naziri Mariuş […]