“4 və ya 5 kənd Azərbaycana verilir” – Türk mediası

Oxunma vaxtı:48 Saniyə

Qardaş Türkiyənin “Haberturk” qəzetinin tanınmış yazarı Gurşad Zorlu son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə köşə həsr edib.

Müəllif 44 günlük qələbədən sonra yaşanan prosesləri analiz edib. Yazır ki, Rusiyanın vasitəçiliyi ilə sona çatan Qarabağ savaşından sonra Azərbaycanın işğalda olan torpaqlarının 80 faizi azad olundu.

“Lakin bu anlaşmadan sonra yeni və uzun sürən bir proses başlandı. Artıq problem tərəflər arasında psixoloji savaşın bir halına gəlir”, – deyə müəllif yazır. Müəllif bildirir ki, Laçın bölgəsindəki Qaragöllə bağlı sərhəd anlaşılmazlığından Rusiya yararlanmağa çalışır. Moskva sərhədlərin müəyyən olunmasında özünün iştirakını göstərmək istəyir. “Aldığım xəbərə görə, 4 və ya beş kənd Azərbaycana verilə bilər”, – deyə müəllif qeyd edir.

Türk yazar xüsusi qeyd edir ki, Paşinyan və digər rəsmilər nə qədər sərt açıqlamalar versələr də, arxa planda Azərbaycanla dialoqu qoruyub saxlamaq istəyirlər. “Bunu yaxşı bilirəm. Bakının da Ermənistanın daxili siyasətini yaxın izlədiyini əlbətdə söyləməyə gərək yox. Dolayısıyla bundan çıxış edərək sülh prosesini baltalamaq istəyən Ermənistandakı bəzi dairələr bu gerçəkliyi yaxşı görməlidirlər”, – deyə fikrini bölüşüb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib

Mayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlərə dair fikir mübadiləsi aparıblar. Aleksandr Lukaşenko həmkarına Belarusun dəstəklənməsinə və bu ölkəyə karbohidrogen xammalı göndərilməsinə görə təşəkkürünü bildirib. Dövlət başçıları ölkələr […]