Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO)

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti, siyasi plüralizm ənənələri formalaşır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti iqtidar-müxalifət dialoqunun fəal iştirakçılarıdır.

Doğrusöztv.Az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

Martın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasıın nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO) - Gallery Image
Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO) - Gallery Image
Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO) - Gallery Image
Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO) - Gallery Image
Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyevdən yeni təyinat - SƏRƏNCAM

2021-ci il 12 mart tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Samir Poladovu kollektivə təqdim edib.