Azərbaycan radioları Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımlanacaq

Oxunma vaxtı:35 Saniyə

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

Doğrusöztv.Az-ın məlumatına görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM – Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır (FOTO/VİDEO)

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır. Doğrusöztv.Az-ın məlumatına görə, park Xətai rayonu ərazisində yerləşir. Ərazidə tikinti işləri davam etdirilir. Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənə aid hərbi texnikaların bir qismi park ərazisində yerləşdirilib. Həmin hərbi texnikaların bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında da nümayiş olunmuşdu.