İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq – Türkiyəli səfir

Oxunma vaxtı:24 Saniyə

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir:

“Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz dağıntıların, mədəniyyət abidələrinin dağıdılmasının, hətta məzarların qarət olunmasının şahidi olduq. Qəbirlərin açılıb, sümüklərin ətrafa dağıdıldığını görürük. Bütün bunlar insanlıqdan kənardır və vəhşilikdir. Bunların hesabı mütləq sorulmalıdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Məşhur "youtuber"dən izləyicisinə jest: Qız istəməyə getdi - FOTOLAR

Məşhur türkiyəli “youtuber” Enes Batur izləyicisinə jest edib. Sosial media fenomeninə izləyicilərindən birindən “əgər qız istəməyə mənimlə gedib söz lentini kəssən, bizi çox xoşbəxt etmiş olarsan”, mesajı gəlib.Mesajdan təsirlənən Batur, hər iki valideynini itirmiş gəncin qız istəmə mərasiminə qatılıb. O, “Instagram” hesabında həmin anları əks etdirən fotoları paylaşaraq “həyatımın ən […]