Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb

Oxunma vaxtı:29 Saniyə

Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir: “30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, 1 nəfərin isə oğlunun dəfn məraisimində iştirak etməsi təmin olunub. İmkan çatdıqca həmin şəxslərin hamısının cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu olmasa, birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi […]