Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır

Oxunma vaxtı:30 Saniyə

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Qarabağ Dirçəliş Fondunun Nnizamnaməsi və strukturu” təsdiq edilir.

Müəyyən edilir ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Fonda tapşırılır ki, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyinə bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin mühüm bir istiqaməti tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyin olunmasıdır. Doğrusöztv.Az bildirir ki, ƏƏSMN-dən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2778 şəhidin […]