Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub

Oxunma vaxtı:24 Saniyə

Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Sərəncamla “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilir (əlavə olunur). Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq […]