Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

alfonsonri
Oxunma vaxtı:53 Saniyə

Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

İlk gündə Azərbaycanın 5 idmançısı döşək üzərinə çıxacaq.

55 kq-da yer alan Eldəniz Əzizli 1/4 finalda Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

63 kq-da çıxış edən Taleh Məmmədov Yakopo Sandron (İtaliya) / Kriştian Kekemeti (Macarıstan) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.

Ətraflı

77 kq-da Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) qarşılaşacaq.

87 kq çəki dərəcəsindəki İslam Abbasov təsnifat mərhələsində Turpal Maqamadovla (Fransa) münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, 130 kq-da mübarizə aparan Sabah Şəriəti isə 1/8 finalda Dariuş Viteklə (Macarıstan) üz-üzə gələcək.

Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə, Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

Loading

Next Post

Xəzər dənizində zəlzələ oldu

Bu gün Xəzər dənizində zəlzələ baş verib. Dogrusoztv.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ saat 07:56-da qeydə alınıb. 56 km dərinlikdə baş verən yeraltı təkanlar 4 bal gücündə olub.