Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan universitetlərinin livanlı məzunlarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbə münasibətilə təbrik edirəm.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.

Biz – Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan Zati-alinizə və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamlarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri cənab Prezident. Sülh və birgəyaşayış dəyərlərini yüksək qiymətləndirən, eləcə də Sizə dost ölkə olan Şri-Lanka Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə qarşı barbar hücumları, həmçinin mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsini […]