Türkiyə Silahlı Qüvvələri Dağlıq Qarabağdakı Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

Oxunma vaxtı:23 Saniyə

Türkiyə Silahlı Qüvvələri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağdakı Monitorinq Mərkəzində 1 il faəliyyət göstərəcək.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi xəbər verib.

Bildirilib ki, sözügedən mərkəzin yaradılması və vəzifə prinsipləri ilə bağlı texniki detallar barədə müzakirələr davam edir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İran silah daşınmasına icazə verməyib – İran XİN mətbuat katibi

İran Dağlıq Qarabağ münaqişəsində heç kimə silah daşımağa icazə verməyib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib. S.Xətibzadənin sözlərinə görə, İran bu münaqişə, ümumiyyətlə heç bir münaqişəyə etinasız olmayıb. Xətibzadə əlavə edib ki, İran münaqişələrin sülh yolu ilə həll edilməsinə […]