Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək.

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır”, – məlumatda qeyd olunub.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub

Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdan gələn sammiti Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsi olmalıdır. “Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Astanada keçirilən “Türk dünyasının dialoqları: ortaq gələcək, ortaq baxış” mövzusunda panel müzakirəsində bildirib. Tədbir oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin XIII […]