UNEC-də Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri müzakirə olunacaq

Oxunma vaxtı:28 Saniyə

UNEC-də Qarabağ müzakirələri çərçivəsində növbəti tədbir keçiriləcək.

Budəfəki müzakirələr “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri”nə həsr olunacaq.

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkili Ramil Həsən, Türkiyənin Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos.Oqtay Quliyev təqdimatlarla çıxış edəcəklər.

Tədbir 20 noyabr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsindən və YouTube (UNEC official) kanalından canlı yayımlanacaq.

Tədbirdə izləyicilərin mövzu ilə bağlı sualları da cavablandırılacaq.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Xəstələrin özlərini evdə müalicə etməsi çox qorxulu bir tendensiyadır - Hikmət Hacıyev

Bir sıra xəstlərin özlərini evdə müalicə etməsi çox qorxulu bir tendensiyadır. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib. H.Hacıyev bildirib ki, bir sıra xəstəklər həkimlərin köməyi ilə özlərini koronavirusdan evdə müalicə etmnəyə çalışırlar: “Həmin […]