Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Bakının Böyükşor gölündə suyun yaşıl rəngə boyanmasının səbəblərinin araşdırılması məqsədilə ərazidən su nümunələri götürülüb, analiz aparılıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi m’lumat yayıb.

Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.

Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.

Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.

Loading

Next Post

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.