Füzulidə kustar üsulla hazırlanmış raket atan aşkar edilib

Oxunma vaxtı:21 Saniyə

Füzulinin kəndlərinin birində kustar üsulla hazırlanmış raket atan aşkar edilib.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, ermənilər bu cür silah vasitəsilə sıx məskunlaşmış ərazilərə raket atıb:

“Biz Füzulinin azad edilmiş kəndlərindəyik. Bu kustar üsulla hazırlanmış, səliqəsiz raketatan ermənilər tərəfindən sıx məskunlaşmış ərazilərə qarşı istifadə olunub. Bu cür kustar sistemlər əsasən Suriyada istifadə edilir. Ermənilər Yaxın Şərqdən muzdluları cəlb edib”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qubadlıda ermənilər gizli hücuma keçmək istəyirdilər - Döyüşlərdə yaralanan hərbçimiz

Ermənistan silahlı qüvvələri Azərbaycanın hansı gücə qadir olduğunu elə sentyabrın 27-də gördü. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Trend-ə açıqlamasında işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu Faiq Yusifov deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də cəbhə bölgəsində təxribat törədərək Azərbaycan […]