Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Oxunma vaxtı:35 Saniyə

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun meyiti təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.

Nazirlik bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığını bildirir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənilərin barbarlığına, vəhşiliyinə bu gün də şahidlik edirk - Bəhruz Quliyev

Məlum razılaşmadan sonra erməni mülki vətəndaşlar və yerlərdə qalmış silahlı birləşmələr işğaldan azad olunmuş ərazilərimizdən təyin edilmiş qrafik əsasında çıxmaqdadırlar, lakin biz bu prosesin gedişatında bir daha barbarlığın, vəhşiliyin və ən əsası, əldə edilmiş razılaşmaya hörmətsizliyin göstərildiyini müşahidə etməkdəyik. Eyni zamanda, ermənilər indiyədək özgə torpağında yaşadıqlarını və bu sonuncu gedişləri […]