MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

Oxunma vaxtı:1 Dəqiqə, 12 Saniyə

Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimindəki çıxışında deyib.

O qeyd edib ki, İƏT dövlətləri işğal vaxtı, eləcə də işğaldan sonra daim Azərbaycanla həmrəylik nümayiş etdirib.

“İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri hər zaman işğal olunmuş ərazilər və regiondakı vəziyyətlə bağlı prinsipial mövqe sərgiləyib. Son 30 il ərzində qəbul edilmiş çoxsaylı qərar və qətnamələrə uyğun olaraq, biz bundan sonra da əməkdaşlığımızı davam etdirəcək, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyəcəyik. Bu məsələdə göstərilən davamlı dəstəyə görə tərəfdaş ölkələrə təşəkkür edirik”, – Sahibə Qafarova bildirib.

Milli Məclisin sədri Azərbaycanın İslam həmrəyliyinin təşviqi istiqamətində fəal iş apardığını vurğulayıb.

“Bu çərçivədə gənclər məktəbi və əmək mərkəzi kimi müxtəlif təşəbbüslər həyata keçirilib. İslam mədəniyyətinin təşviqi və İslamın sülh, tərəqqi və rifah dini olduğunu nümayiş etdirən çoxsaylı tədbirlər təşkil olunub”, – Milli Məclisin sədri qeyd edib.

O, İslam dünyasının üzləşdiyi çağırışlar barədə də danışıb: “Bu gün İslam dünyası yoxsulluq, sosial və iqtisadi çətinliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm kimi ciddi problemlərlə üz-üzədir. Eyni zamanda davamlı inkişaf məqsədlərinə nail olmaq üçün birgə səylərin artırılmasına ehtiyac var. Bu çağırışların öhdəsindən gəlmək və davamlı sülhü təmin etmək üçün İslam dünyası birgə fəaliyyət göstərməli, sülh, tolerantlıq, harmoniya və ədalət kimi dəyərləri təşviq etməlidir. Getdikcə daha mürəkkəb və qarşılıqlı asılı hala gələn dünyamızda ölkələrin bir-birinə dəstək verməsi və ortaq məqsədlər uğrunda birləşməsi daha böyük əhəmiyyət kəsb edir”.

Loading

Next Post

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı […]