Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Oxunma vaxtı:41 Saniyə

Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir:

“Bu kontekstdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını və maliyyə resurslarının səmərəli şəkildə birləşdirilməsini təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir. Bu yanaşmadan çıxış edərək, Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl olaraq inkişaf etdirir”.

Baş nazir vurğulayıb ki, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birlikdə təsis edilmiş investisiya fondları artıq iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin və perspektivli sahələrə investisiyaların cəlb edilməsinin təsirli mexanizmidir.

O, həmçinin qeyd edib ki, səylərin birləşdirilməsi və investisiya əməkdaşlığının daha da möhkəmləndirilməsi dayanıqlı inkişaf və dövlətlərin rifahı kimi ümumi məqsədlərə nail olmağa töhfə verəcək.

Loading

Next Post

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan […]