Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

Oxunma vaxtı:38 Saniyə

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid etdiyini bildirib, lakin vəziyyətin uzana biləcəyini və Hörmüz boğazı bölgəsindəki ABŞ dəniz blokadasının daha bir neçə ay qüvvədə qalacağını istisna etməyib.

O, bu barədə “The New York Post” qəzetinin “Pod Force One” proqramına müsahibəsində deyib.

“O dedi ki, ABŞ dəniz blokadasının Əmək Gününə – 7 sentyabra qədər saxlanılmasını mümkün hesab edir”, – Trampdan müsahibə alan jurnalist bildirib.

Bununla belə, ABŞ Prezidenti belə bir ssenarinin az ehtimal olunduğunu qeyd edib.

“Mən bilmirəm, düşünürəm ki, belə bir şey ola bilər (blokadanın sentyabra qədər uzadılması – red.). Amma bu, az ehtimal olunur. Düşünürəm ki, biz bütün problemləri həll edəcəyik, özü də kifayət qədər tez”, – Tramp deyib.

Eyni zamanda Tramp İranla davam edən danışıqlar barədə nikbin fikirlər səsləndirərək, vəziyyətin “sürətlə inkişaf etdiyini” qeyd edib.

Loading

Next Post

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul iyunun 19-da həyata keçiriləcək. Qəbulun məkanı və saatı barədə əlavə məlumat veriləcək.