Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır – MN

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.
Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

“Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”-deyə, məlumatda bildirilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit nəzərə alınmayacaq

Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit nəzərə alınmayacaq. Doğrusöztv.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni Qərar aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına əlçatanlığının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin tapşırığına əsasən aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması, […]