Azərbaycan Kuboku: İkinci finalçı “Sabah” – “Qarabağ” oyununda müəyyənləşəcək

Oxunma vaxtı:27 Saniyə

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

Yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb – 2:2.

Cütün qalibi finalda “Zirə” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb. İlk dueldə “qartallar” üstün olub – 2:0.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.

Loading

Next Post

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,34 % artaraq 110,89 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 107,69 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]