Yasamalın bir hissəsində qaz kəsilib

Oxunma vaxtı:17 Saniyə

Bu gün saat 12:30-dan etibarən Bakının Yasamal rayonunun bir hissəsində qaz kəsilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu rayonun A.Şaiq küçəsində söküntü işləri ilə əlaqədar qaz xətlərinin yerinin dəyişməsi məqsədilə Z.Adıgözəlov, M.Muxtarov, Zərgərpalan, Ə.Hüseynzadə, A.Şaiq küçələrinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Loading

Next Post

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon və Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlər zamanı, aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz […]