Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 5,78 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 124,72 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,98 ABŞ dolları və ya 5,76 % azalaraq 114,04 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin […]