Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Oxunma vaxtı:22 Saniyə

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.
O, I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Loading

Next Post

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər.Əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasiminə qoyulub. Qeyd edək ki, Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.