Bəzi ərazilərdə külək güclənəcək

Oxunma vaxtı:30 Saniyə

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 27-si gündüzdən 29-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir, Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın, Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, Şirvan, Goranboy, Naftalanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Siyəzən, Xızı, Qusar, Şabranda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Loading

Next Post

Çanaqqalada məktəbliləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var

Türkiyənin Çanaqqala əyaləti Ayvacıq rayonunun Güzəlyalı kəndində məktəbliləri daşıyan mikroavtobusun aşması nəticəsində səkkiz nəfər yaralanıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, mikroavtobus yük maşını ilə toqquşması nəticəsində aşıb. Xəsarət alanlar Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanası və Çanaqqala Onsəkkiz Mart Universiteti Xəstəxanasına yerləşdirilib.