Sabah yağış yağacaq – PROQNOZ

Oxunma vaxtı:44 Saniyə

Bakıda və rayonlarda martın 3-də yağıntılı hava şəraiti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Loading

Next Post

İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib

İran ordusu Küveytdəki ABŞ-nin “Əli-Salem” aviabazasına, həmçinin Hind okeanındakı gəmilərə zərbələr endirdiyini bəyan edib. Bu barədə ordunun bəyanatında deyilir. “Müxtəlif mövqelərdən fəaliyyət göstərən quru və hərbi-dəniz qüvvələrinin raket bölmələri son bir neçə saat ərzində Küveytdəki “Əli-Salem” ABŞ hərbi aviabazasına, həmçinin Hind okeanının şimal hissəsindəki düşmən gəmilərinə zərbələr endirib”, – ordunun […]