Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir – Prezidentin köməkçisi

Oxunma vaxtı:45 Saniyə

Azərbaycan Ermənistan tərəfdən heç bir mülki əhalini hədəfə almır. Yalnız hərbi hədəflərə istiqamətlənir.

Doğrusöztv.Az Trend – ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın vəhşiliklərinə ad tapmaq olmur: “Azərbaycan humanitar atəşkəsə əməl etsə də Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır. Ermənsitanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir.

Lakin biz görürük ki, Ermənistan bütün bu qanunları ayaqlar altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Hazırda da Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutur. Hətta Ermənistan öz ərazisindən də Azərbaycanın mülki əhalisini atəşə tutmaqla münaqişəni genişləndirməyə çalışır. Biz dünən bəyan etdik ki, müharibədə həlak olan ermənilərin cəsədlərini verməyə hazırıq, lakin bunun cavabında Ermənsitan tərəfi öz təxribatlarını davam etdirdi və mülki əhalimizi yenə də atəşə tutdu”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Türk Ticarət və Sənaye Palatasının sədri Rıfat Hisarcıklıoğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yenidən başlanan hücumlarını kədər hissi ilə öyrəndik və yaxından izləyirik. Bu hücumlar bölgəmizdə sülh […]